AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kabinetlərdən çıxın, özünüzü əziyyətə verin, inkişaf etdirin, əfəndilər

  • + A
  • - A
  • Bu gün, 21:46

    Kabinetlərdən çıxın, özünüzü əziyyətə verin, inkişaf etdirin, əfəndilər

    Elnurə Abuşova,
    Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri


    Məqamdı, hamı televiziyaları yıxıb-sürüyür. Hətta irəli gedib televiziyalardakı biabırçılığı dövlətin media siyasəti ilə bağlayanlar da var...

    Bəli, bu gün televiziyalardan evimizə daxil olan şou və şou xarakterli sosial verilişlərdən narazılıq SOS vəziyyətə gəlib. Amma bu, kanal rəhbərlərinin, verilişə məsul şəxslərin sistemsizliyi, səriştəsizliyi üzündəndir, dövlət siyasəti deyi.

    Başa düşürük, özəl kanallardır, pul qazanmalıdırlar, amma bu qazanc mənəviyyatın tapdanması, ailə dəyərlərinin ayaq altına atılması hesabına olmamalıdır. Biri əri üzərində hegemonluğunu nümayiş etdirir, ərini robot kimi idarə edir, efirdə gülünc vəziyyətə salır, biri evli kişidən uşaq dünyaya gətirməsinə mahnı bəsdələdir oxuyur, birinin senari ilə ürəyi gedir, özünə xərçəng damğası vururaraq insanların duyğusu ilə oynayır, 16 yaşında evli kişidən uşaq dünyaya gətirib ailəsini dağıdan daha irəli gedib ailə dəyərlərinin "baş təbliğat"çısına çevrilib. O qədərdir ki, hansını deyim, hansını danışım? Onlara televiziyaların yolunu kim tanıtdı? Özləri səviyyədə olan aparıcılar...

    Reytinqi bəhanə etməyək. Son vaxtlar Az tv-də, İTV-də rəngarəng verilişlər yaradılıb. Bayağı verilişlər demək olar ki, yoxdur. Format dəyişib, milli, mental dəyərlərə uyğun verilişlər var və kifayət qədər izləyici toplayıb. BBC formatında yeni ingilisdilli kanal yaranıb, kifayət qədər kontenti var. Demək, tamaşaçını günahlandırıb, səviyyəsizlikdə, zövqsüzlükdə ittiham etmək düz yanaşma deyil. Özünə hörmət edən tamaşaçı onların düşündüyü kimi, səviyyəsiz, ssenarili ailə-məişət tamaşasını izləyib reytinq vermir, yerli televiziyaları evindən, aparatından sildirir. Nəticədə səviyyəsiz verilişlər üzündən kanallardakı digər verilişlər və digər kanallar da izləyicini itirir.
    Efirlərdə, studiyalarda ssenarili şoular qurmaqdan vaz keçin. Cəmiyyət arasına çıxın, sorğu aparın. Camaatın yatağından, mətbəxindən çıxın. Gedin vətəndaşları dinləyin, sosial problemlərə efir ayırın, məmurlardan cavab tələb edin. İnsanlar ütülü cümlələrdən bezib. Piar işlərini trolluq zəbt edib, ona görə reklam verənlər də pis öyrəşib.

    Yeni Z nəslinin efirlərdə nə görmək istədikləri ilə maraqlanın. Balacaların zövqünü oxşamağa çalışın. Yaşlı nəsilə nostalgiya yaşadın, orta təbəqə ilə biznes və kariyeraya yüksəlişin sirlərini çözün. O zaman görəcəksiz ki, tənbəlliyinizə don geyindirmək üçün qüsurlara "dövlət media siyasəti" deməklə böyük səhv etmisiz, zövqsüz verilişlırinizi izləyicilərin istəyilə bağlamaqda günah etmisiz, onların haqqına girmisiz, "özəldi, kanalı saxlamalıyıq" sözünü həm qalxan, həm çətir, həm də bəhanə etmisiniz.
    Kabinetlərdən çıxın, özünüzü əziyyətə verin, inkişaf etdirin, əfəndilər. Hələki gec deyil...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR