AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil Şurasından bəyanat

  • + A
  • - A
  • Bu gün, 12:26

    Təhsil Şurasından bəyanat

    Təhsil Şurası İctimai Birliyi Azərbaycanda sabitliyi, tolerantlıq mühitini və milli-mənəvi dəyərləri hədəf alan, hicab mövzusundan istifadə etməklə ictimai-siyasi gərginlik yaratmağa yönəlmiş cəhdlərdən narahatlığını bildirib.

    Qurumun bəyanatında qeyd olunub ki, Azərbaycan konstitusion prinsiplərə əsaslanan dünyəvi dövlətdir. Ölkədə vicdan və din azadlığı qanunla təmin edilir, müxtəlif dini inanclara malik vətəndaşların dinc yanaşı yaşaması üçün tolerantlıq mühiti mövcuddur.

    Bildirilib ki, dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə gətirmək cəhdləri yolverilməzdir.

    Təhsil Şurası xarici maliyyə resursları və layihələr vasitəsilə süni gərginlik yaratmağa, ictimai sabitliyi və asayişi pozmağa yönəlmiş təşəbbüslərin xalqın həmrəyliyi, dövlətin qətiyyəti və cəmiyyətin ayıq-sayıqlığı qarşısında uğursuz olacağını vurğulayıb.

    Bəyanatda Azərbaycan təhsilinin milli və dünyəvi dəyərlər əsasında formalaşdığı qeyd edilib. Məktəb və universitetlərin siyasi intriqaların, xarici təsirlərin və radikal çağırışların meydanına çevrilməməli olduğu bildirilib. Qurum dinin siyasiləşdirilməsinə və dövlətin təməl prinsiplərinə qarşı yönəldilməsinə etirazını ifadə edib.

    Təhsil Şurası xarici investorları və onların yerli tərəfdaşlarını Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə, cəmiyyətin həssas mövzularından istifadə etməklə sabitliyə təhlükə yarada biləcək addımlardan çəkinməyə çağırıb.

    Qurum müəllimlərə, ziyalılara, tələbələrə və valideynlərə bu kimi hallara qarşı diqqətli olmağı, milli həmrəyliyi və dövlətçilik maraqlarını qorumağı tövsiyə edib.

    Bəyanatda vurğulanıb ki, Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR