AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şadlıq saraylarında əhalini necə aldadırlar? – AÇIQLAMA

  • + A
  • - A
  • 30-10-2019, 11:22

    Şadlıq saraylarında əhalini necə aldadırlar? – AÇIQLAMA

    Şadlıq saraylarında, ictimai iaşə obyektlərində verilən qidaların keyfiyyət məsələsi əhalini narahat edən məsələlərdən biridir. Əvvəlki illərdən fərqli olaraq indi Azərbaycanda əhali restoran və kafelərdə qidalanmağa daha çox üstünlük verir. Nəzərə alsaq ki, əhalinin kütləvi iştirak etdiyi toylarda, yas mərasimlərində bu cür məkanların xidmətlərindən istifadə olunur, o zaman məsələnin aktuallığı bir daha önə çıxır.

    Məsələn, bu günlərdə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu cür obyektlərdə əhalinin aldadılması ilə bağlı məlumat yayıb.
    Agentliyin açıqlamasına görə, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələrində müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyəti ilə bağlı istehlakçıların aldadılması halları aşkar olunur. Monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə nərə balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə nərə balığına oxşayan naqqa balığının təqdim edildiyi aşkar olunub. Qeyd edək ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Bildirilib ki, naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.
    Bu problemlərin qarşısını necə almaq olar?
    Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az -a bildirib ki, naqqa balığı əti təhlükəli qida olmasa da, bu, əhalinin aldadılmasıdır. Onun sözlərinə görə, toy edənlərin istifadə olunan qidanın hansı şəkildə hazırlanmasına nəzarət etməyə ixtiyarı var: “Təəssüf ki, şadlıq sarayları toy sahibini yaxına qoymurlar. Yaxud onlar bu işləri toy sahibi ilə razılaşdıraraq edirlər. Hər bir istehlakçının hüququ var ki, malın mənbəyi, mənşəyi barəsində məlumat əldə etsin. Qida Təhlükəsizliyi Agentliyi ancaq malların təhlükəsizliyinə nəzarət edə bilər. Keyfiyyət məsələsi onların işi deyil. AİB olaraq istərdik ki, onlar keyfiyyətə də nəzarət etsinlər”.
    AİB sədrinin fikrincə, keyfiyyət məsələlərinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) nəzarət etməlidir, lakin həmin qurumun işi də hələ formalaşmayıb.
    Qeyd edək ki, ötən il aprelin 20-də Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) yaradılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR