AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

  • + A
  • - A
  • 3-03-2021, 08:21

    Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı martın 2-nə olan cədvələ uyğun yayımlanıb.

    Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda turizm sahəsində iaşə üzrə mütəxəssis, kompüter operatoru, dizayner, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, xalçaçı, quru inşaat ustası, hesablama əməliyyatları, estetika və mədəni özünüifadə ixtisasları üzrə dərslər təqdim olunub.

    Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR