AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əyani təhsil alan tələbələrlə əmək müqaviləsi bağlana bilər? - Xidmət rəisi açıqladı

  • + A
  • - A
  • 9-04-2021, 13:35


    Əyani təhsil alan tələbələrlə əmək müqaviləsinin bağlanılması ilə bağlı Əmək Məcəlləsində hər hansı bir məhdudiyyət yoxdur.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı əyani tələbələrin işə cəlb olunmasının qanuni olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib:

    O bildirib ki, bu hallarda işçinin təhsilinə mane olmamaq önəmlidir:

    “Onunla əyani təhsil müddətinə mane olmadan, işçi kimi əmək müqaviləsi bağlana bilər. Qanunvericilikdə müstəsna hal kimi doktoranturada təhsil alanlar üçün istehsalatdan ayrılmaqla fikri qeyd olunub ki, bu kimi hallar istisna olmaqla, qanunvericiliyin digər maddələrində əyani təhsil alanların işə cəlb olunması ilə bağlı hər hansı məhdudiyyət yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR