AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Agentliyinin sədri İraqın və İndoneziyanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüşüb

  • + A
  • - A
  • 28-04-2021, 18:15


    27 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İraq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori və İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid ilə görüşüb.

    Görüş zamanı Azərbaycan Respublikası ilə İraq və İndoneziya arasındakı mövcud ikitərəfli əlaqələrdən bəhs olunub və müvafiq sahələr üzrə əməkdaşlıq istiqamətlərində müzakirələr aparılıb.

    Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Görüşdə qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

    Görüş zamanı vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

    İraq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın qabaqcıl “ASAN xidmət” təcrübəsinə böyük maraq göstərib və bu təcrübənin İraqda tətbiqində maraqlı olduqlarını qeyd edib. E-hökumət sahəsində Dövlət Agentliyi tərəfindən ölkəmizdə görülən işləri yüksək qiymətləndirən qonaq Azərbaycandan tərəfinin İraqda müvafiq sahənin təkmilləşdirilməsi sahəsində dəstəyini xahiş edib.

    İndoneziya tərəfi ilə keçirilmiş görüş zamanı 2017-ci ildə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumunun implementasiyasının davam etdirilməsi istiqamətində də müzakirələr aparılıb.

    İndoneziyalı səfir müvafiq əməkdaşlıq çərçivəsində Dövlət Agentliyinin ekspertləri tərəfindən İndoneziyanın müxtəlif vilayət və şəhərlərinin qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətlərinə keçirilən təlimlərin əhəmiyyətini qeyd edib.

    Eyni zamanda İndoneziya tərəfi ilə həyata keçirilən görüş zamanı qonağa “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə məlumat verilib və İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi ilə bu platforma çərçivəsində davam edən uğurlu əməkdaşlıqdan söhbət açılıb.

    Qonaqlar, həmçinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR