AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkər xəstələrinin insulin limiti niyə azaldılıb? - GİLEY

  • + A
  • - A
  • 19-05-2021, 20:00

    Şəkər xəstələrinin insulin limiti niyə azaldılıb? - GİLEY

    “Azərbaycanda şəkərli diabet xəstələrinin insulin limitinin azaldılması hökumətin qərarı ilə olub, yoxsa hansısa korrupsioner məmurun istəyidir?”.

    Modern.az xəbər verir ki, Ağstafadan olan şikayətçi Ella Qəhrəmanova belə bir sualla səhiyyə qurumlarına müraciət edib.

    Onun sözlərinə görə, hər ay poliklinika həkimindən 2 flakon – “İnsularatd”, “Actrapid” insulinlərini alıb.

    Dünən həkimə gedəndə sadəcə 1 flakon verib deyiblər ki, bizlik deyil, Bakıdan belə tapşırıblar.

    Şəkər xəstəsi deyir ki, poliklinika həkiminə inanmayaraq, baş həkim İlham Sofiyevin qəbuluna gedib. O da hansısa kağızı əlində yelləyərək imkanın olmadığını və Bakıdan gələn göstərişlə dərmanların azaldıldığını bildirib.


    “Bu qərarın səbəbi məlumdurmu? Ağır şəkər xəstələri nə etsinlər? Aptekdə satılmayan dərmanı vətəndaş hardan tapsın? İnsulini kəsib vətəndaşı ölümə tərk edən kimdir?”,- deyə E.Qəhrəmanova mətbuatdan kömək istəyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR