Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər rayonunun Qala qəsəbəsində HYUNDAİ markalı 99-KR-956, 99-RZ-018, 90-JO-065 dövlət nömrə nişanlı və HOWO markalı 99-ND-109, 99-EM-051 dövlət nömrə nişanlı yük maşınlarına ayrı-ayrı günlərdə qarışıq süxur yükləndiyi aşkar olunub. Bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.
O qeyd edib ki, araşdırma zamanı təbiətə 9702 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Xəzər Rayon Prokurorluğuna göndərilib.
“Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qarışıq süxur daşınması hallarına yol verilməməsi üçün Xəzər Rayon İcra Hakimiyyətinə müraciət olunub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.