AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ülvi Mehdiyev "CISCO"nun Rusiya, MDB və Rumıniya üzrə vitse-prezidenti Conatan Sparrou ilə görüşüb

  • + A
  • - A
  • 9-06-2021, 14:19


    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "CISCO"nun Rusiya, MDB və Rumıniya üzrə vitse-prezidenti Conatan Sparrou ilə görüşüb.

    Ülvi Mehdiyev “CISCO” şirkəti ilə Dövlət Agentliyi arasındakı əməkdaşlığın uğurlu nəticələrini və gələcək perspektivlərini qeyd edib. Eyni zamanda E-hökumət, eləcə də sosial innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

    Agentlikdən Azadmedia.az-a verilən məlumata görə görüşdə mövcud əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.

    Sonda qonağa ABAD-çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR