AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məcburi köçkünlər və jurnalistlər üçün mina təhlükəsizliyinə dair təlim təşkil edilib

  • + A
  • - A
  • 25-06-2021, 17:36


    Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Minatəmizləmə Agentliyinin dəstəyi ilə iyunun 25-də məcburi köçkün bələdçilər və jurnalistlər üçün mina təhlükəsizliyinə dair təlim təşkil edilib.
    Torpaqlarımızın işğaldan qurtarılmasından sonra ilk dəfədir jurnalistlər üçün keçirilən maarifləndirmə tədbirinə peşə faəliyyəti ilə əlaqədar vaxtaşırı həmin ərazilərə gedən media nümayəndələri və ərazisi işğaldan azad olunmuş rayonlardan olan və səfərlər zamanı bələdçilik edən şəxslər cəlb olunublar.
    Bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan “AZƏRTAC”ın müxbiri Məhərrəm İbrahimovun, AZTV-nin operatoru Sirac Abışovun və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərinə başlandığı, bu işlərin sürətləndirilməsi üçün intensiv minatəmizləmə əməliyyatlarının aparıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkəmizin ərazisində çoxsaylı hərbi cinayətlər törətmiş Ermənistanın təslim aktı imzaladıqdan sonra mina xəritələrini verməkdən imtina etməsi istər hərbçilərimizin, istərsə də dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Ötən il döyüş əməliyyatları dayandırılandan indəyədək xidməti vəzifəsini yerinə yetirən, həmçinin doğma yurdunu görmək istəyi ilə işğaldan azad edilmiş ərazilərə gedən 100-dən çox insan mina partlayışının qurbanı olub. Bütün bunlar mina təhlükəsizliyinə dair təlimlərin keçirilməsinin əhəmiyyətini göstərir. Təlim iştirakçılarına mina və partlamamış hərbi sursatlarla davranış qaydaları, təhlükədən qorunmağın yolları ilə bağlı məlumat verilib. Onlara məlumat broşuru paylanıb.
    Tədbirdə Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Abdullayev və minaya düşmüş Ağdam rayon sakini Söhbət Şirinov jurnalistlərə və bələdçilərlə şahidi olduqları mina partlayışı hadisələri haqqında məlumat verib.
    Təlim iştirakçılarına müvafiq sertifikat təqdim edilib.
    Sonra “Qobu Park” yaşayış kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə mina təhlükəsizliyinə dair məlumat broşuru paylanılıb, kompleksin ərazisi əyani təşviqat vasitələri ilə təmin edilib.
    Qeyd edək ki, jurnalistlər və ərazisi işğaldan azad olunmuş rayonlardan olan bələdçilər üçün mina təhlükəsizliyinə dair maarifləndirmə təlimləri davam etdiriləcək. Növbəti təlim 22 iyul - Mətbuat Günü münasibəti ilə təşkil olunacaq.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR