Litva xarici işlər naziri Qabrielius Landsbergis türkiyəli həmkarı Mövlud Çavuşoğluna müraciət edərək yardım istəyib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata əsasən, Türkiyə XİN başçısı dünən axşam saatlarında Litvaya gəlib. Vilnüsdə həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra diplomatlar mətbuata açıqlamalar veriblər.
Litvanın xarici işlər naziri Belarusdan ölkəyə gələn suriyalı qaçqınlarla bağlı Türkiyədən yardım istədiklərini bildirib. O, həmin şəxslərin əksərinin Türkiyə vasitəsilə hava yoluyla Belarusa gəldiyi, oradan da Litvaya keçdiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.