AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni diasporu Moskvanın ən böyük bazarından qovuldu - Soydaşlarımızdan təqdirəlayiq addım

  • + A
  • - A
  • 18-07-2020, 10:05

    Erməni diasporu Moskvanın ən böyük bazarından qovuldu - Soydaşlarımızdan təqdirəlayiq addım


    Rusiyanın paytaxtı Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan "Fud siti"də Ermənistan məhsullarının satışına qadağa qoyulub.

    “Report”un Rusiya bürosunun əldə etdiyi məlumata görə, dünən erməni diasporunun nümayəndələri bazar administrasiyası ilə görüşə gəlib. Lakin görüş alınmayıb və diaspor üzvləri bazardan çıxarılıb.

    Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoçarxlarda Ermənistan məhsullarının boykot edildiyi və malların zibilliyə atıldığı əks olunur.

    İyulun 16-da bazarda çalışan soydaşımız alqı-satqı mərzkəzindən Ermənistanın 40-dan çox yük maşınının çıxarıldığını xəbər verib. O, bildirib ki, Moskvanın ən böyük meyvə-tərəvəz bazarında Ermənistan məhsullarının satışı dayandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR