Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət –profilaktik tədbirləri davam etdirir. Polis əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Rayon sakinlərinin diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır. Aparılan mütəmadi profilaktiki tədbirlər nəticəsində fəaliyyətində karantin qaydalarına riayyət edən obyekt sahibləri ilə bir daha marifləndirici-izahedici görüş keçirilərək fəaliyyətlərini bu istiqamətdə olduğu kimi saxlamalrı tövsiyə olunub. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 30 obyekt sahibi. 32 müştəri İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.
İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlər tədbirləri diqqət mərkəzində saxlanlır. Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən 12 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.