İlham Məmmədov
Milli Məclisin deputatıVətənin qəhrəman, şanlı tarix yazan cənab İlham Əliyev kimi müzəffər Sərkərdələri və həmin Sərkərdələrin ali rəhbərliyi ilə ölkəsinin ərazi bütövlüyünü təmin edən məğrur,rəşadətli eynilə Azərbaycan Ordusunun tərkibindəki kimi güclü hərbçiləri olmuşdur! Onların adları tarixin Şanlı səhifələrinə qızıl hərflərlə həkk olunmuşdur.
Təəssüf hissi ilə qeyd etsək də, bu bir həqiqətdir ki, tarixin qaranlıq səhifəsinə atılmış,səriştəsiz, vətəninə xəyanət edən satqınlıq missiyasının daşıyıcısı olan Əli Kərimli,Qənimət Zahid,Gültəkin Hacıbəyli, Bəxtiyar Hacıyev, Altay Göyüşov kimi ünsürlər də vardır. Gör nə qədər keyfiyyətsiz və ruhsuz olasan ki, Əli Kərimli və Qənimət Zahid kimi çörəyini,duzunu yeyib, suyunu içdiyin vətənin,ölkənin uğurlarına sevinməyəsən! Mənəviyyatı və insani duyğuları olmayan zombi kimidir Əli Kərimli və onunla eyni fikirdə olan bir qrup radikallar. Belə ünsürlər qərbdəki ağalarından qrantlar alaraq bugün Azərbaycana qarşı hürürlər. Eh, Ay gözəl Vətənim! İti nə qədər bəsləsəndə ehtiyatsız olduqda bunlar sənin hər uğuruna hürəcəklər.Başqası qərbdən sümük atacaq, ora qaçıb xəyanət edəcək, sahibinə üz çevirəcəklər. Bu satqınlara sual edirəm?, bəs 2 il öncə deyirdiz Qarabağ məsələsi həll olan məsələ deyil.Noldu Paşinyanlar?? Bu radikal fikrinizin əksinə biz bugün əsrlərdir həsrətində olduğumuz doğma torpaqlarımızdayıq. Eyni zamanda biz AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrü yaxşı bilirik. Gənc nəsil də artıq tarixi faktları olduğu kimi düşünüb təhlil edir və görür ki, siz hakimiyyətdə olduğunuz zamanlarda Milli Məclisdə siqaret çəkir, bir-birinə stəkan atır və ya ədbəsiz təhqirlərə yol verirdiz. Elə məhz bucür səriştəsiz idarəetmələr nəticəsində biz 10 gün içində Şuşanı, Laçını itirdik. Ancaq şükür Allaha hazırda cənab Prezidentin müdrik siyasəti,ali rəhbərliyi və Ordumuzun rəşadəti nəticəsində biz AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti nəticəsində itirilmiş doğma torpaqlarımızı azad etmişik. Bundan əlavə xüsusilə qeyd edirəm;- ay milli satqın və Vətən xaini olan Əli Kərimli, Gültəkin Hacıbəyli, Bəxtiyar Hacıyev, Qənimət Zahid, Altay Göyüşov və onlar kimi manqurt düşüncədə olan digər başıboşlar!, artıq cəmiyyət sizlərin absurd fikrinə məhəl qoymur,daha dəqiqi sizi adam yerinə qoymur! Və bu faktdır ki, biz Zəngəzur dəhlizini açmaqla 1920-ci ildə itirilmiş doğma Zəngəzur torpaqlarına qayıdırıq. Bütün vətəndaşlarımız bilir ki, ölkəmizin xaricindən düşmənlərimiz tərəfindən maliyyələşib daxilində siyasi sabotaj yaratmaq istəyən bu kimi ünsürlər qərb və erməni ideologiyasına əsaslanan xalq düşmənləridir,Vətən xainləridir! O dərəcədə kütbeyn və səfehdirlər ki bu radikallar, anlamırlar ki, Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirir və bizi doğma Naxçıvana birləşdirir. Deməli bu satqınlar təbii ki, əks fikirlər səsləndirib, Vətənimizin bütövlüyünü,tamlığını istəməyən ermənipərəst vicdansızlardır. Fakt budur ki, doğma Qarabağımızın ətrafındakı doğma yurdumuzu bir şəhid vermədən Ağdam, Kəlbəcər, Laçın rayonlarını düşməndən azad etdik, Fərrux dağını götürdük, bir güllə atmadan Laçın şəhərini, Zabux və Sus kəndlərini geri aldıq. Bu müdrik siyasət deyil deyənlər əqidəsiz və ruhi xəstədirlər. Diqqət etsək, dəli olduğu üçün vurğulayım ki, bu dəli Kərimili deyib ki, -"İlham Əliyev niyə Zəngəzurdan danışır, heç Laçının adını çəkmir". Mən sual edirəm qeydlərimdə, bu başıpozuğa maraqlıdır görəsən bu sözdən sonra özünüdərketmə hissi özünə qayıdıb o dəlinin və anlayıb ki niyə utanıb ölmür axı?! Sənin ay dəli Kərimli manqurt başın işləmir ki, Zəngəzur da, Laçın da yan-yana olan dədə-baba yurdumuzdur. Və kor gözünü aç yaxşı bax. Ancaq qərb verən nankor eynəyinlə yox. Allahın bəxş etdiyi normal gözlə bax. Biz indi Laçındayıq!
Bu satqınlar gərək ki, mütləq Kventin Tarantinonun “Şərəfsiz alçaqlar” filmini izləsinlər. Çünki belə formatda bir film çəkilərsə həmin filmdəki nankor,faşist obrazları bu satqınlar canlandıracaqlar. Özləri ilə bərabər qərbli dayıları və babaları da vaxt gələcək həmin filmdə olduğu kimi, daha dəqiqi haqq etdikləri üçün o cür cəzalanacaqlar!
Əziz və doğma xalqım! Biz Əli Kərimli, Arif Hacılı, Altay Göyüşov, Qubad İbadoğlu, Fuad Qəhrəmanlı, Seymur Həzi, Tofiq Yaqublu, Əfqan Muxtarlı, ruhsuz Bəxtiyar və Gültəkinlər kimi satqınları, xəyanətkarları və düşmənlərimizi zərərli böcək kimi ayaq altında əzməli və həmişəki kimi indi də müdrik yola istiqamətlənərək, Ölkəmizin milli maraqlarını təmin edən, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirən Möhtərəm Prezidentimiz-Güclü Ali Baş Komandanımız-Dahi Liderimiz-Cənab İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti ətrafında Dəmir Yumruq kimi sıx birləşməli və möhtəşəm Qələbələrimizi dillərə dastan etməliyik!