Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azadmedia.az xəbər verir ki, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi "Sentra" markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.