AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb

  • + A
  • - A
  • Bu gün, 11:09

    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub.

    Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb.

    Müdafiə nazirləri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən "Birliyin Gücü-2026" birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, tərəfdaşlığımızın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.

    İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR