AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Elmir Akifzadənin və Cəbrayıl Qasımovun şəhadətlərinin 4-cü ildönümü anıldı

  • + A
  • - A
  • Dünən, 20:56

    Şəhid Elmir Akifzadənin və Cəbrayıl Qasımovun şəhadətlərinin 4-cü ildönümü anıldı


    44 günlük Vətən müharibəsinin şəhidləri Masallı rayonunun Banbaşı kənd sakini olmuş Akifzadə Elmir Gündüz oğlunun (01.09.1997 - 09.10.2020) və Masallı rayonunun Ərəb kənd sakini olmuş Qasımov Cəbrayıl Baloğlan oğlunun (19.07.1996 - 09.10.2020) şəhadətlərinin 4-cü ildönümü tamam olur.
    Şəhidlərin hər ikisi 2020-ci ilin sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azadlığı uğrunda başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıblar.






    Hər iki şəhidimiz iştirak etdiyi hərbi əməliyyatlarda böyük şücaət göstərərək düşmən mövqeylərinə sarsıtıcı zərbələr endirmişlər.
    Oktyabrın 8-də torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən qanlı döyüşlərdə son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid olmuşlar.
    Şəhid Elmir 09 oktyabr 2020-ci il tarixdə Masallı rayonunun Banbaşı kənd qəbiristanlığında,şəhid Cəbrayıl isə doğulub boya-başa çatdığı Ərəb kənd qəbiristanlığında dəfn edilib.
    Milli Məclisin deputatı hörmətli Məşhur Məmmədovun tapşırığına əsasən köməkçiləri 44 günlük Vətən müharibəsinin şəhidləri Akifzadə Elmir Gündüz oğlunun və Qasımov Cəbrayıl Baloğlan oğlunun məzarlarını ziyarət etmiş,şəhidlərin valideyinlərinə baş sağlığı və səbr diləmişlər.
    Şəhidlərin ailəsi övladlarını heç vaxt unutmayan,daim qayğısına qalan və problemlərinin həllində əlindən gələn köməkliyi göstərən millət vəkili Məşhur Məmmədova öz minnətdarlığlarını bildirmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR