Bu gün Milli Məclisin deputatı Məşhur Məmmədovun tapşırığına əsasən köməkçiləri və "Masallı Təhsil Fondu"nun əməkdaşları tərəfindən şəhid Lələyev İbrahim Həzrətqulu oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin 4-cü ildönümü münasibəti ilə məzarı və şəhidin ailəsi ziyarət edilib.
Deputatın nümayəndələri şəhidin atası Həzrətqulu kişiyə və doğmalarına başsağlığı verərək şəhidin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Allah bütün şəhidlərə rəhmət eləsin,qazilərə şəfa versin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.