Vətən müharibəsi şəhidi Masallı rayonunun Yeni Zuvand kənd sakini olmuş Nüsrətbəyli Ülvi Arif oğlunun dördüncü ildönümündə məzarı və ailəsi ziyarət olunubBugün Milli Məclisin deputatı Məşhur Məmmədovun tapşırığına əsasən köməkçiləri 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Nüsrətbəyli Ülvi Arif oğlunun dördüncü ildönümü ilə bağlı şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyaraq, şəhidin əziz xatirəsini ehtiramla anıblar.
Sonra şəhidin ailəsi evində ziyarət edilib,yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.