21 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Çaxırlı kəndində şəhid Ağayev Ağamalı Şamil oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Ağamalı Ağayevin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdıırlması şöbəsinin müdir müavini Niyazi Bağırov, İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Nəsib Bağırov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.