AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Vüsal Hadıyevin şəhadətinin 4-cü ildönümü anıldı

  • + A
  • - A
  • Bu gün, 18:38

    Şəhid Vüsal Hadıyevin şəhadətinin 4-cü ildönümü anıldı


    22 oktyabr 2024-cü il tarixində Masallı şəhərində şəhid Hadıyev Vüsal Balarəzi oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
    Şəhid Vüsal Hadıyevin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov, aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdıırlması şöbəsinin müdir müavini Niyazi Bağırov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR