AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri şəhid ailəsi üçün tikilən evdə işlərin gedişi ilə maraqlandı

  • + A
  • - A
  • Bu gün, 20:55

    Masallıda rayon rəhbəri şəhid ailəsi üçün tikilən evdə işlərin gedişi ilə maraqlandı

    23 oktyabr 2024-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov rayonun Yeyənkənd kəndində I Qarabağ müharibəsi şəhidi İsmayılov Ərzuman Əlizamin oğlunun anası Xəmmədova Gülüsüm Göyüş qızı üçün tikilən evdə işlərin gedişi ilə bağlı yerində tanış olmuş, işlərin keyfiyyətli və sürətli aparılması üçün öz tapşırıq və tövsiyələrini vermişdir.

    Qeyd etmək istərdik ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilatçılığı ilə I Qarabağ müharibəsi şəhidi İsmayılov Ərzuman Əlizamin oğlunun anası Xəmmədova Gülüsüm Göyüş qızı üçün 20 avqust 2024-cü il tarixdə fərdi yaşayış evinin təməli qoyulmuş və hal-hazırda işlər sürətlə davam etdirlir.
    Evə baxış zamanı şəhid anası Gülüsüm Xəmmədova həm evinin tikintisi və eyni zamanda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olan hər kəsə dərin minnətdarlığını bildirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR