AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirildi

  • + A
  • - A
  • Dünən, 21:46

    Masallıda "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirildi

    24.10.2024 - cü il tarixində Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə məişət zorakılığına məruz qalma,erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.



    Tədbiri giriş sözü ilə məktəbin direktoru Taleh Əkbərov açaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə Masallı RPŞ-nin rəisi polis-polkovniki Azay Ağayev, Masallı RİHB aparatının əməkdaşı Abbas Abbaszadə, LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev, veteran polis Tofiq Şahmarov çıxış ediblər.


    Daha sonra tədbir debat formatında davam edib. Şagirdlərin sualları cavablandırılıb. Tədbirin sonunda məktəbin direktoru Taleh Əkbərov Masallı RPŞ-nin rəisi polis polkovniki Ağayev Ağayev tərəfindən Təşəkkürnamə ilə təltif olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR