Masallı rayon İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olundu14 noyabr 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə Fəttayev Elvin Sabir oğlu Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müarciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
06 noyabr 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə imtahanı keçirilmiş və müsahibədə yüksək nəticə əldə etmiş Fəttayev Elvin Sabir oğlu komissiyasının qərarına əsasən vakant olan vəzifəyə uyğun hesab edilmişdir.
Məlumat üçün bildiririk ki, Fəttayev Elvin Sabir oğlu bu vəzifəyə qədər Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında müxtəlif vəzifələrdə işləmiş və son olaraq İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində çalışmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.