AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı şəhərində növbəti əmək yarımarkası

  • + A
  • - A
  • 28-11-2024, 23:35

    Masallı şəhərində növbəti əmək yarımarkası

    28 noyabr 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq Filialı (RMF) tərəfindən işsiz və işaxtaran şəxslərin iş tapmasına və işəgötürənlərin uyğun kadrlarla təmin edilməsinə kömək məqsədi ilə əmək yarmarkası keçirilmişdir..

    Yarmarkada 19 işəgötürən iştirak edərək, müxtəlif sahələrdə 127 vakansiya təqdim etmiş, təqdim olunan vakansiyalar arasında təhsil, tibb, kənd təsərrüfatı, tikinti və xidmət sahələri üzrə işlər mövcud olmuşdur.

    Əmək Yarmarkasında 180-dən çox işsiz və işaxtaran şəxs iştirak edərək, onlara təqdim olunan iş imkanları ilə tanış olmuş, iş axtaranlar işəgötürənlər ilə birbaşa ünsiyyət quraraq, potensial iş imkanlarını müzakirə etmişlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR