Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları mütəmadi olaraq davam etdirilir.
Belə ki, rayonun Təzə Alvadı ərazisində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada baramaçılığın inkişafına dəstək olmaq məqsədi ilə 70 ədəd tut tingi və yaşıllığın salınmasından ötrü 30 ədəddən çox meşə ağacı olmaqla ümumilikdə 100 ədəddən çox ağac əkilərək ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Ağacəkmə aksiyasında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nahid Həsənov digər ərazilər kimi Təzə Alvadı ərazisində də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aksiyanın keçirilməsinin ekoloji tarazlığın qorunmasına mühim töhvə verəcəyini bildirərək bu cür kompaniyaların rayon ərazisində ənənə halını aldığını vurğulamışdır.
Tədbirdə çıxış edən kənd ziyalıları və ağsaqqalları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizin yaşıllaşması və təbiətimizin qorunması yolunda atılan uğurlu addımlara görə Ölkə Başçısı Cənab İlham Əliyevə, rayonda kütləvi ağacəkmə aksiyalarının keçirilməsinə görə rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Aksiya iştirakçıları təkcə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində deyil bütün dövrlərdə yaşıllıqların salınması, ağaclara qulluq göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər və bu ənənənin bundan sonrada davam etdirəcəklərini qeyd etmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.