12 dekabr 2024-cü il tarixdə səhər saatlarından başlayaraq Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev masallılar tərəfindən anıldı.
Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da Azərbaycan Xalqının Ümummilli Liderinin vəfatının 21-ci ildönümü dərin hüznlə anıldı.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə tər gül və qərənfil dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad etdilər, ruhuna dualar oxudular.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.