12 dekabr 2024-cü il tarixdə Masallı şəhər ərazisində Masallı Rayon İcra Hakimiyyəti və Masallı Su Meliorasiya Sistemləri İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq mühafizə orqanlarının, idarə-müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və “Hərəyə bir ağac əkək” devizini yaşatmaqdır.
Aksiya zamanı 200 ədəd zeytun ağacı əkilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.