Bugün Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbində şagirdlərə yol hərəkəti qaydalarının əyani mənimsədilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Masallı Rayon Polis şöbəsinin DYP xidmətinin rəisi polis mayoru Asəf Mustafayev,
YYÇ rəisi Samid Əliyev və Yol Patrul Xidmətinin əməkdaşları iştirak ediblər.
Şagirdlərə yol hərəkəti qaydaları haqqında geniş məlumat verilib.
Fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub. Sonda şagirdlər qaydalara uyğun olaraq avtomobillərə saxla işarəsi verərək, sürücülərə təhlükəsizlik kəmərində istifadə etməyi və sürət həddini aşmamağı tövsiyə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.