Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyaya verdiyi müsahibəsində yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın mövqeyini və Cənubi Qafqaz regionuna təsirlərini geniş təhlil etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bu prosesin sadəcə müşahidəçisi deyil, fəal iştirakçısıdır. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz yeni dünya nizamının formalaşmasında suverenlik prinsipinin toxunulmazlığına və daxili işlərə müdaxilənin yolverilməzliyinə əsaslanan dəyərləri ön planda saxlayır: “Bizim işimizə heç kim qarışa bilməz. Cəhdlər olub və olacaq, amma nəticəsi olmayıb və olmayacaq.”
“Dövlət başçısı bir sıra məsələlərə toxunaraq, dünya və bölgədəki proseslərə aydınlıq gətirdi. Xüsusilə, Ermənistan və Azərbaycan arasındakı münasibətlər, sülh istiqamətində yaradılan maneələr, imperializmin fəsadları və beynəlxalq hüquq prinsiplərinin pozulması məsələlərinə dair mühüm mesajlar verdi. Bu çıxış beynəlxalq səviyyədə ədalətə və sülhə çağırış kimi əhəmiyyətlidir”.
“Azərbaycanın qarşısında yeni hədəflər var və yeni dünya nizamı qurularkən ölkəmiz aktiv rol oynamağı hədəfləyir. Ermənistan isə həm Qərb, həm də Rusiyanın təzyiqləri altında müstəqil siyasət yürüdə bilmir və bu, bölgədə sülhə mane olur”.
“Azərbaycan, öz təhlükəsizliyini qorumaq üçün mühüm mexanizmlər formalaşdırıb. Dövlət başçısının uzaqgörən siyasəti sayəsində ölkəmiz sabitliyin təmin olunmasında önəmli faktor olaraq mövqeyini daha da gücləndirəcək və beynəlxalq nüfuzunu artıracaq”.
Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın yeni dünya düzənində fəal iştirakını və prinsipial mövqeyini bir daha nümayiş etdirir.
YAP Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.