AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə XI siniflərdə təhsil alan qızlara dərs vəsaitləri hədiyyə verildi

  • + A
  • - A
  • Dünən, 21:33

    Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə XI siniflərdə təhsil alan qızlara dərs vəsaitləri hədiyyə verildi

    74-saylı Masallı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərinin Xl siniflərində təhsil alan, Dövlət Universitetlərinin Pedaqoji fakultələrinə daxil olmaq istəyən qızlara kömək məqsədi ilə "Abituriyentlər üçün dərs vəsaiti" hər il olduğu kimi bu tədris ilində də, hədiyyə olaraq verildi.

    Azərbaycan Respublikası Milli Məclisin deputatı hörmətli Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan "Masallı Təhsil Fondu" 2020-ci ildən fəaliyyət göstərir.Bu illər ərzində 270 nəfər aztəminatlı ailələrin qız övladlarının Ali məktəblərdə təhsil almalarına köməklik edilmişdir.Şagirdlərin Ali məktəblərdə təhsil almaqından ötəri:

    -2020/2021-ci tədris ilində 360
    -2021/2022-ci tədris ilində 280
    -2022/2023-cü tədris ilində 340
    -2023/2024-cü tədris ilində 320
    -2024/2025-ci tədris ilində 340 abituriyentlər üçün dərs vəsaitləri (test kitabları) hədiyyə olaraq şagirdlərin istifadəsinə verilmişdir.

    2024/2025-ci tədris ilində aztəminatlı ailələrin qız övladlarının 171-nəfərinə hər ay təqaüd verilmişdir.
    "Masallı Təhsil Fondu" ümüd edir ki, rayon ümumtəhsil məktəblərində təhsil alan XI sinif qız şagirdləri, Dövlət Universitetlərinin Pedaqoji fakultələrinə daxil olmaq üçün uğurla çalışacaqlar.
    "Masallı Təhsil Fondu" onları əmin edir ki, gələcəkdə müəllim arzusunda olan bütün qızlara öz köməkliyini göstərəcəkdir.

    "Masallı Təhsil Fondu"nun direktoru: Hüseyn Hüseynov
    "Masallı Təhsil Fondu"nun əməkdaşı: Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR