31 yanvar 2025-ci ildə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında “2 Fevral-Azərbaycan Gəncləri Günü” ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının 27 yanvar 2024-cü il tarixli, 16 nömrəli Sərəncamı ilə bir qrup fəal gənclə görüş keçirildi.
Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov giriş nitqi ilə çıxış edərək bildirib ki, 2 fevral gününün Azərbaycan Gəncləri Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ilin 26 iyununda dövlət gənclər siyasətini icra edən Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə Ümumilli lider Heydər Əliyev Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərilərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin ilk forumu keçirilmişdir. Forumda Ümumilli lider Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 Fevral 1997-ci il tarixdən forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev “2 Fevral-Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti inkişaf edən ardıcıllıqla davam etdirilir. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Azərbaycan Ordusunun tərkibi, əsasən, gənclərdən ibarətdir. Vətən müharibəsi iştirakçılarının əksəriyyəti gənclər idi. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sonra rayon rəhbəri respublikamızda olduğu kimi rayonumuzda da gənclərin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirərək idarə-müəssisələrdə çalışan gənclərin statistik sayını, təhsil, idman sahəsindəki uğurlarından bəhs etdi.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev, Həsənli kənd tam orta məktəbinin ingilis dili müəllimi Zenfira Həmzəyeva, Masallı Regional “ASAN” Xidmət Mərkəzinin Vətəndaşların qəbul işinin təşkili sektorunun nəzarəçisi Vüsal Əliyev rayon gənclərini təbrik edərək diqqət və qayğıya görə rayon rəhbərinə təşəkkürünü ifadə etdi. Ölkədə aparılan gənclər siyasətindən bəhs etdilər.
Tədbirin sonunda bir qrup fəal gənc cənab Araz Əhmədov tərəfindən “Fəxri Fərman” ilə təltif edildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.