Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, rayonda 2024-cü ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 15,1 faiz artaraq 138832,9 min manat təşkil etmişdir.
Emal sənayesinin müəssisələri tərəfindən 2024-cü ildə istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi ümumi sənaye istehsalının 86,5 faizini təşkil etmişdir. Sahə üzrə məhsul istehsalında daha çox pay mebellərin istehsalı olmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.