Özünüməşğulluğun təşkili tədbirlərinin həyata keçirilməsinin əsas məqsədi əhalinin sosial cəhətdən həssas, xüsusilə sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün ənənəvi “passiv” siyasət tədbirlərindən (müavinət və yardımların verilməsi) “aktiv” siyasət tədbirlərinə (sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında məşğulluğunun, o cümlədən özünəməşğulluğun təmin olunmasına dəstək) keçidin təmin edilməsidir.
Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Masallı rayonu üzrə 01.12.2024-cü il tarixindən 31.12.2024-cü il tarixinədək işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərdən 66 nəfəri aktivlərlə təmin edilmişdir. Onlardan 28 nəfəri iribuynuzlu heyvandarlıq, 17 nəfəri kiçik dərzi sexi, 2 nəfəri kiçik foto atelye, 1 nəfəri avtoelektrik xidməti, 2 nəfəri avtomobil təmizləmə, 1 nəfəri avtomobil şinlərinin bərpası, 2 nəfəri broyler, 1 nəfəri kişi bərbərxanası, 10 nəfəri qadın gözəllik salonu və 2 nəfəri avtoçilingər xidmətləri ilə təmin edilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.