AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 12 fevral 2025-ci il tarixə olan yolların cari təmiri barədə

  • + A
  • - A
  • Bu gün, 10:35

    Masallıda 12 fevral 2025-ci il tarixə olan yolların cari təmiri barədə


    Masallı rayonunun bütün yaşayış məntəqələrində Masallı rayon İcra Hakimiyyəti, bələdiyyələr və xeyriyyəçilər tərəfindən abadlıq-quruculuq işləri aparılır. Xüsusən də yol infrastrukturuna önəm verilir. Rayon ərazisində şəhid adına olan küçələrə asfalt örtüyü döşənir kənddaxili yolaraçınqıl tökülərək yayılır və ya xüsusi texnikalar vasitəsi ilə hamarlanır.

    Qeyd etmək istərdik ki, Bədəlan ərazisində nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə I Qarabağ şəhidi Tağıyev Nəsib Qərib oğlunun ailəsinin yaşadığı həyətə və evə gedən küçəyə 30 metr məsafədə çınqıl tökülmüş, Təzə Alvadı kəndində nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə I Qarabağ müharibəsində itgin düşmüş şəhid Kərimov Etibar İman oğlunun ailəsinin yaşadığı həyətə və evə gedən yola 30 metr məsafədə çınqıl tökülmüş, Miyankü ərazisinin Nəzəroba kəndində nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə 50 metr yola çınqıl tökülərək yayılmış və Xıl kəndində nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə 2 km məsafədə kənddaxili yol qreyderlə hamarlanmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR