Masallıda 18 fevral 2025-ci il tarixdə görülmüş işlər barədə məlumatlar
Masallıda abadlıq-quruculuq işləri, təmizlik, xeyriyyə aksiyaları və bir çox lahiyələr mütəmadi olaraq həyata keçirilir.
Təzə Alvadı ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilər tərəfindən Vətən Müharibəsi şəhidi Səlimov Sənan Nasif oğlunun yaşadığı evin ətrafındakı 100 metr məsafədə küçələrə çınqıl tökülərək hamarlanmış, Masallı rayon Elektrik şəbəkəsi tərəfindən rayonun Yeyənkənd ərazisində 2 ədəd yararsız elektrik dirəyi yenisi ilə əvəz olunmuş, Türkoba kənd ərazi nümayəndəliyinin təşəbbüsü ilə Boradigah-Lənkəran magistral avtomobil yolunun Türkoba ərazisindən keçən hissəsində elektrik xəttinə toxunan ağaclar budanmış, Sığdaş ərazisinin Xanalıyan kəndində ərazi nümayəndəliyinin təşəbbüsü, Masallı Su Melorasiya Sistemlərinin istismarı idarəsinin texnikası və əməkdaşları tərəfindən suaparıcı kanallar təmizlənmişdir.
Əlavə olaraq Köhnə Alvadı kənd ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilər tərəfindən Şəhid Əlihasil Əsgərov adına tam orta məktəbində təhsil alan aztəminatlı ailələrin uşaqları üçün kitablar (əyani dərs vəsaitləri) hədiyyə edilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.