Masallı rayon İcra Hakimiyyətinin Başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Bunun bariz nümunəsi olaraq 27 fevral 2024-cü il tarixdə rayon rəhbərinin rayonun Səmədxanlı ərazisində keçirdiyi vətəndaş qəbulundan dərhal sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəliyi, din xadimləri və vətəndaşalrın iştirakı ilə ərazidə olan şəhidlərin məzarını ziyarət etmiş, qəbirüstü abidələrinə tər qərənfillər düzərək ruhlarını ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə ərazidə dəfn olunmuş bütün şəhid məzarları önündə dualar oxunmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.