AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon rəhbərinin vətəndaş qəbulu keçirilib

  • + A
  • - A
  • Dünən, 21:00

    Masallı rayon rəhbərinin vətəndaş qəbulu keçirilib

    28 fevral 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.
    Qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
    Növbəti qəbulda rayonun müxtəlif ərazilərindən ümumilikdə 5 nəfərə yaxın vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilərək qeydiyyata alınmışdır.
    Sonda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlarını vermişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR