2023-ilin sentyabr ayında Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirdi.Bu tədbirlərin əsas məqsədi Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək,Ermənistan silahlı qüvvələrinin qeyri- qanuni birləşmələrini tərksilah edərək ərazilərimizdən çıxarmaq və bölgədə sabitliyi təmin etmək idi.
Əməliyyatlar zamanı Azərbaycan ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli silahlardan istifadə edərək strateji mövqelərdə yerləşmiş qanunsuz erməni silahlı qüvvələrini zərərsizləşdirdi.Müdafiə Nazirliyi vurğuladı ki, mülki əhali və infrastruktur obyektləri hədəf alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün humanitar dəhlizlər və qəbul məntəqələri yaradılıb.
Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi və Qarabağ bölgəsində konsititusiya quruluşunu təmin etdi.Prezident İlham Əliyev əməliyyatların uğurla başa çatdığını və Azərbaycan ordusunun peşəkarlığını xüsusi vurğuladı.
Əməliyyatdan sonra müsadirə edilmiş silah və texnika siyahısı açıqlandı.Bu siyahıya 1132 ədəd atıcı silah və qumbaraatan, 61 ədəd artilleriya silahı, 235 ədəd hava hücumundan müdafiə vasitəsi, 434295 ədəd döyüş sursatı və digər hərbi avadanlıqlar daxildir.
Azərbaycan hökuməti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqresiyası üçün tədbirlər görməyə hazır olduğunu bildirib.Bu çərçivədə onların ehtiyaclarının ödənilməsi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atılır.
Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və Avropa ölkələri bölgədəki vəziyyəti yaxından izləyir və tərəfləri dialoqa çağırır.Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün zəruri addımlar atdığını bəyan edir.
Ş.Xəlilova:S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.