MİNNƏTDARLIQ
Bu gün Azərbaycan səhiyyəsi sürətlə inkişaf edir. Yeni Tibb ocaqları tikilir, mövcud olanlar əsaslı təmir olunur, maddi texniki baza möhkəmləndirilir, yeni müasir tibbi avadanlıqlar alınır. Bu da ağ xalatlı həkimlərimizə daha yaxşı işləməyə imkan yaradır.Masallı Bioloji Təbabət Klinikasının son illər təchizatı gücləndirilib, müasir tibb avadanlıqları ilə təmin olunan bu şəfa ocağına mənim də bu yaxınlarda yolum düşmüşdü. Gözümdə yaranan problemlə bağlı bu tibb müəssisəsinə müraciət etməyim isə heç də təsadüfi deyildi.
Mənim üçün dəyərli olan
Rəmzi Şahverdiyevin təklifi ilə
Bioloji Təbabət Klinikasına üz tutdum. Həm də yaxşı bilirdim ki, bu Klinikanın kollektivi savadlı, peşəkar həkimlərdən ibarətdir.
Tibbi personalın səyi nəticəsində mənim üzərimdə aparılan əməliyyat çox uğurla keçdi. İndi gözüm daha yaxşı görür. Sağlamlığımın bərpasında əməyi olan tibb işçilərini isə yaddan çıxarmıram.
Masallı Bioloji Təbabət Klinikasının bütün kollektivinə, o cümlədən
Uzman Cərrah-Oftalmoloq Ləman xanım İsmayılovaya, köməkçisi Aytən xanıma və Klinikanın direktoru hörmətli
Sevindik Becanlıya minnətdarlığımı bildirirəm. Əməliyyat olunduğum müddətdə qayğıma qalan, gözümün yaxşı görməsi üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarlarıma deyirəm:
Şəfalı əlləriniz var olsun.Hüseynov Zakir Zalkişi oğlu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.