AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən Müharibəsi şəhidi Nurlan Fərrux oğlu Əbilovun şəhadətinin 4-cü ildönümü ilə bağlı xatirəsi anıldı

  • + A
  • - A
  • 19-04-2025, 17:00

    Vətən Müharibəsi şəhidi Nurlan Fərrux oğlu Əbilovun şəhadətinin 4-cü ildönümü ilə bağlı xatirəsi anıldı

    Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı

    Millət Vəkili Məşhur Məmmədovun rəhbərliyi ilə rayon üzrə bütün şəhidlərin doğum və şəhadət günləri diqqətdə saxlanılaraq daim şəhidlərin məzarı və ailə üzvləri ziyarət olunur.

    Bugün deputat Məşhur Məmmədovun tapşırığına əsasən Ağakişibəyli kəndindən Vətən Müharibəsi şəhidi Nurlan Fərrux oğlu Əbilovun şəhadətinin 4-cü ildönümü ilə bağlı millət vəkilinin köməkçiləri Əli Nağıyev və Rəmzi Şahverdiyev tərəfindən xatirəsi anılmış və şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR