AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda ətraf mühiti çirkləndirənlər cərimə edildi

  • + A
  • - A
  • 29-04-2025, 19:11

    Masallıda ətraf mühiti çirkləndirənlər cərimə edildi

    Masallı rayonunda məişət tullantılarını tutumlardan kənara atan şəxlər barəsində Masallı Rayon Polis Şöbəsi tərəfindən cərimə tətbiq edilib.
    Məişət tullantılarının nəzərdə tutulan yerlərdən kənara atılması antisanitar vəziyyət yaradır. Bu da həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərər vurur.

    Rayonda ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
    Belə ki, Masallı şəhər, Ərkivan və Boradigah qəsəbələri, Xırmandalı və Qızılağac kəndləri eləcə də digər yaşayış məntəqələrində məişət tullantılarını tutumlardan kənara atan, ərazilərdə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunmuş, onlarla profilaktiki söhbətlər aparılmış və barələrində Masallı Rayon Polis Şöbəsi tərəfindən inzibati cərimə tətbiq olunmuşdur.

    Qeyd etmək istəyirik ki, “İstehsalat və məişət tullantıları haqqında” qanunun 12-ci maddəsinə görə zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara atılmalıdır.
    Rayon sakinlərinə məişət tullantılarını nəzərdə tutulan yerlərə atmaları tövsiyə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR