AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra Hakimiyyətinin başçısı Kolatan ərazisindəki əkin sahələrində

  • + A
  • - A
  • 3-06-2025, 17:30

    Masallı rayon İcra Hakimiyyətinin başçısı  Kolatan ərazisindəki əkin sahələrində

    03 iyun 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Kolatan ərazisində yerləşən kənd təsərrüfatı sahələrinə baxış keçirmişdir.

    Masallı rayonunda son illərdə rayon rəhbərliyinin təşəbbüsü və dövlət proqramlarının dəstəyi ilə kənd təsərrüfatının inkişafında artım müşahidə olunur. Rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq əkin sahələrinə yerində baxış keçirilir, fermerlərlə görüşülür, onların təklif və problemləri dinlənilir.


    Kolatan ərazisində yerləşən kənd təsərüffatı sahələrinə baxış keçirən rayon rəhbəri əkin sahələrinin vəziyyəti, aqrotexniki qulluq işlərinin gedişi və gələcək məhsuldarlıq barədə fermerlərlə söhbət aparmışdır. Sığəçola çay plantasiyası və portağal əkininin mövcud vəziyyəti ilə yerində tanış olan İcra başçısı qeyd etmişdir ki, bu sahələrin inkişafı həm yerli iqtisadiyyatın gücləndirilməsində, həm də məşğulluğun artırılmasında mühüm rol oynayır.

    Natiq kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinin rayonun sosial-iqtisadi rifahı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR