AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd edildi

  • + A
  • - A
  • Dünən, 16:55

    Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd edildi

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.

    14 iyul 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev Ərkivan Tovuz döyüşləri şəhidi mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun anım günü ilə əlaqədar ailəsini ziyarət ediblər.



    Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qəsəbə sakinləri şəhid Anar Novruzovun məzarını ziyarət edərək önünə tər gül dəstələri düzmüş və əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

    Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR