Masallı və Cəlilabad rayonlarının sərhədində, rayonun Güllütəpə ərazisində baş vermiş yanğın nəticəsində təxminən 50 hektara yaxın sahə yanmış, ərazidən keçən iri diametrli su borusu zədələnmişdir.
Hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Masallı və Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən təxirəsalınmaz tədbirlər görülmüş, boru xəttinin bərpası istiqamətində təmir işlərinə başlanılmışdır.
14 iyul 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Zamin Kazımov və Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin müdiri Akif Həmidov hadisə baş verən əraziyə baxış keçirmiş, təmir-bərpa işlərinin gedişi ilə yerində tanış olmuşlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.