Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda təmir-bərpa işləri aparılmaqdadır.
Belə ki, Bədəlan ərazisinin Çayqıraq kənd yolunun asfaltlanması üzrə icrası planlaşdırılmış lahiyə hazırlanıb və ilkin hazırlıq işlərinə başlanılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov və ərazi nümayəndəliyi Bədəlan ərazisinin Çayqıraq kənd yolunda asfalt örtüyünün döşənməsi ilə əlaqədar yolun genişləndirilməsi, meneə yaradan körpünün sökülməsi, yol yatağının hazırlanması və ətraf infrastrukturun uyğunlaşdırılması ilə bağlı aparılan işlərlə yerində tanış olmuşlar.
Rayon rəhbərinə 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov və ərazi nümayəndəsi yolda aparılan işlərlə bağlı geniş məlumat vermişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.