AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda İcra Hakimiyyətinin başçısı Boradigah qəsəbəsində görülən işlərlə tanış olub

  • + A
  • - A
  • Bu gün, 09:00

    Masallı rayonunda İcra Hakimiyyətinin başçısı Boradigah qəsəbəsində görülən işlərlə tanış olub

    Masallı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Xüsusi ilə çayların lildən təmizlənməsi, əkin sahələrinin suvarılmasından ötrü su kanallarının bərpası işləri görülmüşdür.

    Belə ki, 04 avqust 2025-ci tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi və bələdiyyə ilə birlikdə rayonun Boradigah qəsəbəsində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən çayın və suaparıcı kanalların təmizlənməsi işləri ilə yerində tanış olmuşlar.


    Boradigah qəsəbə ərazi nümayəndəsi və bələdiyyə sədri rayon rəhbərinə görülmüş işlərlə bağlı geniş məlumat vermişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR