AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda İcra başçısı şəhid ailəsi üçün təmir edilən evə baxış keçirib

  • + A
  • - A
  • Bu gün, 12:02

    Masallıda İcra başçısı şəhid ailəsi üçün təmir edilən evə baxış keçirib

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.

    04 avqust 2025-ci il tarixdə Masallı rayonunun Babaser kəndində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı şəhid Rəşad Şahbazovun ailəsi üçün təmir edilmiş fərdi yaşayış evinə baxış keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Zamin Kazımov, ərazi nümayəndəliyi və bələdiyyə ilə birlikdə şəhid Rəşad Şahbazovun ailəsinə məxsus olan fərdi yaşayış evində aparılan təmir işləri ilə tanış olmuşlar.

    Rayon rəhbəri ziyarət zamanı şəhid ailələrinin hərzaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu və onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atıldığını bildirmişdir.

    Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR