Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Zamin Kazımov, ərazi nümayəndəliyi, bələdiyyə, media nümayəndələri və kənd sakinləri ilə birlikdə rayonun Qodman kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Zərbiyev Rahim Oqtay oğlunun ailəsinin yaşadığı evdə olmuşlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ailəni narahat edən məsələlərlə yerində tanış olmuş və ehtiyacları ilə maraqlanmışdır.
Şəhidin atası rayon rəhbərinə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirmiş və rayon rəhbəri tərəfindən müraciətin həlli istiqamətində tapşırıqlar verilmişdir.
Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.