Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov, ərazi nümayəndəliyi, bələdiyyə və media nümayəndələri tərəfindən rayonun Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin doğum günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olunmuşdur.
Ziyarət zamanı çıxış edən rayon rəhbəri Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.
Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.